Geri qayıt Çap et

Tramp Kiyevə ultimatum verdi: “Seçkiləri gecikdirməyin!”

ABŞ Prezidenti Donald Tramp Ukrayna rəhbərliyindəki korrupsiya qalmaqalını “kolossal” adlandırıb və Kiyevi yenidən seçkilər keçirməyə çağırıb.

Tramp jurnalistlərlə söhbətində bildirib:

“Bu korrupsiya məsələsi — kolossaldır.”

ABŞ lideri Ukraynada seçkilərin keçirilməsinin zəruriliyindən danışaraq sual edib:

“Daha nə qədər gözləməliyik ki, onlar səsvermə təşkil etsinlər?”

Tramp əlavə edib ki, Ukrayna əhalisinin böyük əksəriyyəti Rusiyayla münaqişənin həllini dəstəkləyir.

DenMedia.az