Geri qayıt Çap et

Zelenski Trampla görüş üçün “istənilən tarixə hazırdır”

Ukrayna lideri Vladimir Zelenski yaxın həftələrdə ABŞ prezidenti Donald Trampla görüşəcəyinə ümid etdiyini bildirib.
“Kiyev istənilən tarixə hazırdır”, – deyə o vurğulayıb.

Zelenski açıqlamasında Ukraynanın Avropa ilə birlikdə öz sülh planını hazırlamağa hazır olduğunu qeyd edib.

Onun sözlərinə görə, bu həftə Avropa liderləri və ABŞ-ın milli təhlükəsizlik müşavirləri ilə danışıqlar keçiriləcək və məqsəd liderlər səviyyəsində görüşün yaxın günlərdə baş tutmasıdır.

DenMedia.az