Geri qayıt Çap et

Mask Avropanın "qatillərini" göstərdi

Amerikalı milyarder İlon Mask Avropa İttifaqının komissarlarını “Avropanı öldürməkdə” günahlandırıb.

Bu barədə o, sosial şəbəkə X-də paylaşım edib.

«Komissarlar Avropanın öldürülməsinə görə cavabdehdir», — deyə Mask bildirib.

Bir neçə gün əvvəl iş adamı Aİ-nin ləğvini və hakimiyyətin birbaşa xalqlara qaytarılmasını tələb etmişdi.

Qeyd edək ki, yay aylarında Mask Aİ-dən çıxmağın zəruriliyi barədə də fikir səsləndirmişdi. O vaxt o, başqa bir istifadəçinin “İREXIT” – İrlandiyanın Avropa İttifaqından çıxması barədə paylaşımını şərh edərək, “bütün ölkələr Aİ-dən ayrılmalıdır” fikrini irəli sürmüşdü.

DenMedia.az