Nigeriyanın federal hökuməti Niger ştatında terrorçular tərəfindən qaçırılan 100 şagirdin azad edilməsinə nail olub.
Bu barədə Channels telekanalı məlumat verib.
20-dən 21 noyabra keçən gecə 300-dən çox şagird və müəllim silahlı şəxslər tərəfindən girov götürülərək naməlum istiqamətə aparılıb. Daha sonra 50 nəfər qaça bilib. Hazırda terrorçuların əlində hələ də 153 şagird və 12 müəllim qalır.
Son vaxtlar terrorçu qruplar bir neçə məktəbə hücum ediblər. 25 noyabrda hökumət Kebbiyə bağlı Maqa yaşayış məntəqəsinə hücumdan sonra girov götürülən 24 məktəbli qızın azad edilməsinə nail olub.
Artan hücumlar səbəbi ilə Nigeriya prezidenti xarici səfərlərini ləğv edib. Ölkənin 36 ştatından 10-da məktəblər təhlükəsizliklə bağlı bağlanıb, həmin bölgələrə əlavə polis və ordu qüvvələri göndərilib.