Geri qayıt Çap et

Viktor Orban İstanbulda – Görüşün arxasında hansı planlar var?

Macarıstanın Baş naziri Viktor Orban İstanbulda səfərdədir.

DenMedia.az xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu sosial şəbəkə X-də yazıb.

Nazir bildirib ki, yüksək qonaq 8 dekabr tarixində iki ölkə arasında keçiriləcək Strateji Əməkdaşlıq Şurasının iclasında iştirak edəcək.

“Macarıstanla aramızda qədim dostluq bağları mövcuddur və bu iclas strateji tərəfdaşlığımızın güclənməsi baxımından böyük əhəmiyyət kəsb edir”, — deyə Uraloğlu qeyd edib.