Geri qayıt Çap et

Trampdan sonra kim? Cavabı Stallone verdi

ABŞ-ın vitse-prezidenti Cey Di Vens Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trampın işini layiqincə davam etdirəcək.

Bunu jurnalistlərə Hollivud aktyoru Silvestr Stallone bildirib, –  DenMedia.az xəbər verir.

Stallone “heç bir şübhə yoxdur” deyərək, bununla bağlı sualı belə cavablandırıb:

“Tamamilə əminəm”, — deyə aktyor Con Kennedi adına İfaçılıq İncəsənəti Mərkəzində keçirilən mükafatlandırma mərasimində bildirib və prezidentin layiqli varisinin Vens olacağını vurğulayıb.