Geri qayıt Çap et

Tramp Zelenskiyə irad bildirdi: sülh təklifi hələ masada qalıb

ABŞ Prezidenti Donald Tramp bildirib ki, o, Ukrayna Prezidenti Vladimir Zelenskiydən bir qədər məyusdur, çünki Zelenskiy ABŞ-ın irəli sürdüyü sülh təklifləri ilə hələ tanış olmayıb.

“Biz Prezident Putinlə danışdıq, biz ukraynalı liderlərlə, o cümlədən Prezident Zelenski ilə danışdıq və etiraf etməliyəm ki, Prezident Zelenskinin hələ təkliflə tanış olmamasına bir az məyus oldum,” — deyə Tramp Kennedi Mərkəzində jurnalistlərə bildirib.

ABŞ Prezidenti əlavə edib ki, onun fikrincə, “Rusiya bu sülh planına qarşı deyil,” lakin

“Zelenskiyə uyğun olub-olmadığından əmin deyiləm. Onun xalqı bu planı bəyənir, amma o, hələ oxumayıb,” — deyə Tramp vurğulayıb.

DenMedia.az