Geri qayıt Çap et

Makron və Mersdən xəbərdarlıq: Zelenski üçün böyük təhlükə var

Der Spiegelin əldə etdiyi telefon danışığının transkriptinə əsasən, Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Fridrix Mers Avropalı liderlərlə və Vladimir Zelenski ilə söhbət zamanı ABŞ-ın “Ukraynanı və Avropanı təkləyə biləcəyi” barədə ciddi narahatlıq ifadə ediblər.

Söhbət 1 dekabr tarixində Zelenski və bütün Avropa liderlərinin iştirak etdiyi telefon danışığından gedir. Zəng, Ukrayna və ABŞ nümayəndə heyətlərinin Floridadakı danışıqlarından sonra və səfir Stiv Uitkoff ilə biznesmen Cared Kuşnerin Rusiyaya səfərindən əvvəl baş tutub.

Transkriptə görə, Makron danışıq zamanı “ABŞ-ın ərazi məsələlərində Ukraynanı tək buraxa biləcəyi, təhlükəsizlik zəmanətlərinə dair aydınlıq olmadığı” ehtimalını dilə gətirib və əlavə edib ki, Zelenski üçün “böyük təhlükə” görür.

Mers isə Zelenskiyə belə xəbərdarlıq edib:

“Qarşıdakı günlərdə çox ehtiyatlı olmalısınız. Onlar həm sizinlə, həm də bizimlə oyun oynayırlar.”

Finlandiya prezidenti Aleksandr Stub daha sonra bildirib ki, Avropa Zelenskini “bu adamlara qarşı tək buraxmamalıdır”. Bu mövqeni NATO baş katibi Mark Ryutte də dəstəkləyib.

DenMedia.az