Geri qayıt Çap et

ABŞ-nın radiolokasiya təyyarəsi Venesuela sərhədlərinə doğru irəlilədi

ABŞ-ın uzaqmənzilli radiolokasiya aşkarlama və idarəetmə təyyarəsi E-3B Sentry (AWACS) cümə axşamı Karib dənizinin beynəlxalq suları üzərində, Venesuela sahillərinə yaxın ərazidə uçuş həyata keçirib. Bu barədə məlumat Flightradar24 aviasiya resursunun qeydlərində əks olunub.

Məlumata görə, hava məkanına nəzarət, zərbə aviasiyasının idarə edilməsi və dəniz əməliyyatlarının dəstəklənməsi üçün nəzərdə tutulan təyyarə ölkənin şimal-qərb sahillərinə təxminən 130 km məsafəyə qədər yaxınlaşıb. Təyyarə Florida ştatındakı Makdill aviabazasından havaya qalxıb.

DenMedia.az