Geri qayıt Çap et

ABŞ-sız heç bir saziş olmaz: Aİ liderlərindən Zelenskiyə sərt mesaj

Avropa İttifaqına üzv ölkələrin liderləri Vladimir Zelenskiyə müraciət edərək xəbərdarlıq ediblər ki, ABŞ-dan möhkəm və aydın təhlükəsizlik təminatları almadan Ukraynanın Rusiyanın tələblərinə razılıq verməsi yolverilməzdir. Bu barədə The Wall Street Journal mənbələrə istinadən yazıb.

Nəşrdə bildirilir:

“Avropa liderləri istənilən razılaşmada Ukraynaya veriləcək təhlükəsizlik təminatlarında ABŞ-ın aparıcı rolunun vacibliyini xüsusi vurğulayıblar.”

Qəzet qeyd edir ki, bu mesaj Zelenski ilə Avropa liderləri, o cümlədən Fransa Prezidenti Emmanuel Makron arasında keçirilən telefon danışığı zamanı çatdırılıb.

Diplomatların məlumatına görə, Makron bildirib ki, Kiyev razılaşmanın son şərtlərini qəbul etməzdən əvvəl, Vaşinqton ABŞ-ın Ukraynanı necə müdafiə edəcəyini açıq şəkildə göstərməlidir.

DenMedia.az