Geri qayıt Çap et

Aİ Rusiya aktivlərini Ukrayna üçün yönləndirir — təklif bu gün açıqlanır

Avropa Komissiyası çərşənbə günü — 3 dekabrda — Ukraynanın maliyyələşdirilməsini dondurulmuş Rusiya aktivləri hesabına həyata keçirmək barədə rəsmi təklifini açıqlayacaq. Bu barədə RIA Novosti məlumatlı mənbəyə istinadən yazır.

Mənbənin sözlərinə görə:

“Bu gün günorta saatlarında Ukraynanın 2026–2027-ci illər üçün maliyyələşdirilməsi ilə bağlı rəsmi açıqlamanın verilməsi gözlənilir.”

Hazırda Avropa Komissiyası tərəfindən detal açıqlanmayıb.

Denmedia.az