Geri qayıt Çap et

Yermak istintaqı Zelenskini də “vuracaq”, rusiyalı diplomat belə düşünür

Rusiyanın Xarici İşlər Nazirliyinin xüsusi səfiri Rodion Miroşnik bildirib ki, prezident administrasiyasının rəhbəri Andrey Yermakın evində aparılan axtarışlar istər-istəməz Vladimir Zelenskiyə də toxunacaq. Diplomatik nümayəndə bunu özünün Telegram kanalında yazıb.

«Yermak kimi “hər şeyə qadir” sayılan fiqurun mənzilində axtarış aparmaq üçün NABU-nun çox ciddi əsasları və xarici “sahiblərdən” icazəsi olmalıdır. Görünür, bunların hamısı artıq var. Bu isə o deməkdir ki, korrupsiya ocağı Zelenskidən bir addım aralıda açılır. Bunun ona toxunmayacağını düşünmək sadəlövhlük olardı», — deyə Miroşnik vurğulayıb.

Diplomat əlavə edib ki, hazırda Yermak məhz korrupsiyada ittiham olunan Kiyev rəhbərliyi üçün yeni maliyyə vəsaitləri əldə etmək istiqamətində danışıqlar aparır.

DenMedia.az