Geri qayıt Çap et

Miqrasiya polisi Ağ Evin “səsi”nin qohumunu həbs etdi

ABŞ Ağ Evin mətbuat katibinin qohumu deportasiya üçün saxlanılıb — bu barədə CNN məlumat yayıb.

Məlumata görə, ICE əməkdaşları Karolin Levitin uzaq qohumu Ferreyranı saxlayıb və onun barəsində deportasiya prosesi başladılıb.

CNN-in mənbələri bildirir ki, saxlanılan qadının 11 yaşlı oğlu Yeni Hempşirdə onun əmisi — yəni Levitin qardaşı Maykl ilə birlikdə yaşayır. Bu qadın və Levit illərdir bir-biri ilə ünsiyyətdə deyillər.

ABŞ Daxili Təhlükəsizlik Nazirliyinin rəsmisi açıqlayıb ki, Ferreyra ölkədə qanunsuz yaşayırdı. O, turist vizasının şərtlərini pozub, çünki ABŞ-ı hələ 1999-cu ilin iyununda tərk etməli idi.

Hazırda qadınla bağlı rəsmi deportasiya proseduru işə salınıb.

DenMedia.az