"Times" qəzeti Maqnazkinin məktubuna istinadən xəbər verir ki, "ArcelorMittal" metallurgiya şirkətinin təsisçisi və direktorlar şurasının icraçı sədri Lakşmi Mittal super varlı vətəndaşların vergiyə cəlb edilməsi ilə bağlı islahatlara görə Böyük Britaniyanı tərk edib. Qeyd olunur ki, milyarder hazırda İsveçrədə yaşayır.
Nəşr əlavə edib ki, Mittal bu həftə sonu Leyboristlərin super varlılara qarşı vergi islahatlarına cavab olaraq Böyük Britaniyanı tərk edən növbəti milyarder olub.