Geri qayıt Çap et

Gümrü merinin oğlu həbsə göndərildi

Ermənistanda məhkəmə keçmiş Gümrü meri Vardan Qukasyanın oğlu Spartakı 2 aylıq müddətə həbs edib. Bu barədə Sputnik Ermənistan məlumat yayıb.

Xəbərlərə görə, Spartak Qukasyan qrup halında, informasiya texnologiyalarından istifadə etməklə xuliqanlıq törətməkdə şübhəli bilinir. Ondan əvvəl onun barəsində hədə-qorxu ilə tələb etmə maddəsi üzrə cinayət işi açılmışdı.

Hadisəyə qədər Spartak Qukasyan ev dustaqlığında saxlanılırdı.

DenMedia.az