Geri qayıt Çap et

Tramp jurnalisti niyə “donuz” adlandırdı? Ağ Ev izah verdi

ABŞ prezidenti Donald Trampın jurnalistə “donuz” deməsini onun “mediada yayılan yalan xəbərlərdən dolayı əsəbiləşməsi” ilə izah edib.

DenMedia.az-ın məlumatına görə, bu barədə Ağ Evin mətbuat katibi Kero‍layn Levit C-Span portalında yayımlanan brifinqdə bildirib.

Onun sözlərinə görə, Tramp prezident heyətindəki bütün jurnalistlərlə çox açıq və səmimidir. Levit hesab edir ki, bu, onun yenidən seçilməsinin əsas səbəblərindən biridir — çünki Tramp yalan xəbərləri görəndə dərhal göstərir.

“Onu qəzəbləndirən odur ki, bəzi jurnalistlər ona və administrasiyaya dair yalan məlumatlar yayırlar”, — deyə Ağ Evin nümayəndəsi əlavə edib.

O həmçinin bildirib ki, Tramp açıq danışmaqda əvvəlki prezident Co Baydendən daha üstündür, çünki Bayden “yalan danışır və sonra yoxa çıxırdı”.