Geri qayıt Çap et

Brüsseldə “Taxt oyunları”: Kallas və fon der Lyayen arasında gərginlik artır

DenMedia.az xarici mətbuata istinadən xəbər verir ki, Aİ-nin baş diplomatı Kaya Kallas ilə Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen arasında münasibətlər ciddi şəkildə gərginləşib.

Materialda deyilir:

«Bu hekayə tam olaraq “Taxt oyunları” səviyyəsindədir».

Jurnalistlərin məlumatına görə, Kallas artıq uzun müddətdir ki, fon der Lyayenin “kölgəsindən çıxmağa çalışır”.

Aİ diplomatı isə vəziyyəti belə təsvir edib:

«Biz özümüzü batan gəmidə işləyən kimi hiss edirik»,
çünki Komissiya Kallasın idarəsində artıq mövcud olan strukturların fəaliyyətini təkrarlayır.