Geri qayıt Çap et

Ukraynada dəhşətli gecə: ölənlərin sayı artır, 22 nəfərdən xəbər yoxdur

Ternopolda 19 noyabr gecəsi Rusiya zərbəsindən sonra axtarış-xilasetmə əməliyyatı davam edir.

Ukrayna prezidenti Vladimir Zelenskinin sözlərinə görə, 22 nəfərin taleyi hələ də naməlumdur.

Zelenski bildirib:

«Bütün gecə xilasedicilərimiz hadisə yerində çalışıblar, işlər hələ də davam edir».

Axtarışlara 9 bölgədən 230-dan çox xilasedici cəlb olunub. Dağıntıların miqyası böyük olduğu üçün bəzi hissələr əl ilə araşdırılır.

Hazırkı məlumata əsasən, 26 nəfər həlak olub, onların arasında üç uşaq da var.

DenMedia.az