Geri qayıt Çap et

Atəşkəs fonunda ölüm statistikası artır: Qəzzada 69 min nəfər həlak olub

Qəzza Səhiyyə Nazirliyi yeni rəqəmləri açıqlayıb. Məlumata görə, 2023-cü ilin oktyabrından bəri İsrail ordusunun hücumları nəticəsində ölənlərin ümumi sayı 69 513 nəfərə çatıb.

Nazirliyin yazılı bəyanatında bildirilib ki:

Son 48 saatda dağıntılar altından iki nəfərin cəsədi çıxarılıb, İsrail ordusunun son hücumlarında isə 5 nəfər həlak olub, 33 nəfər yaralanıb.

Qurum həmçinin vurğulayıb ki:

“Atəşkəs dövründə belə 280 nəfər öldürülüb, 672 nəfər yaralanıb, dağıntılar altından isə əlavə olaraq 571 nəfərin cəsədi çıxarılıb.”

Ümumi statistika belədir:

  • 69 513 nəfər həlak olub

  • 170 745 nəfər yaralanıb

Bəyanatda qeyd olunub ki, atəşkəsə baxmayaraq İsrail ordusu müxtəlif bəhanələrlə Qəzzada hücumlarını davam etdirir.

DenMedia.az