Geri qayıt Çap et

Rusiya Türkiyədə keçiriləcək Ukrayna danışıqlarında iştirak etməyəcək

Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Moskva sabah Türkiyədə baş tutacaq Ukrayna ilə danışıqlara qatılmayacaq.

“Xeyr, sabah Türkiyədə Rusiya nümayəndələri olmayacaq. Hələlik bu təmaslar Rusiya iştirak etmədən həyata keçirilir”, — Peskov qeyd edib.

Kremlin nümayəndəsi vurğulayıb ki, Moskva danışıqlara açıqdır və Rusiyanın mövqeyi həm Kiyevdə, həm İstanbulda, həm də Vaşinqtonda yaxşı bilinir.

O əlavə edib ki, Putinlə ABŞ və Türkiyə rəsmilərinin əlaqəsi bu çərçivədə planlaşdırılmır.

DenMedia.az