ABŞ prezidenti Donald Tramp McDonald’s şirkətinin tədbirində çıxış edərək Amerika Silahlı Qüvvələrinin döyüş qabiliyyətinin bərpa olunduğunu və ABŞ ordusunun hazırda dünyanın ən güclüsü olduğunu bildirib, DenMedia.az xəbər verir.
Tramp çıxışında vurğulayıb ki, Birləşmiş Ştatlar təkcə ən güclü orduya sahib deyil, həm də dünyanın ən keyfiyyətli hərbi texnikasını istehsal edir. Onun sözlərinə görə, bu nailiyyətlər administrasiyasının müdafiə sahəsində gördüyü işlərin nəticəsidir.
Prezident deyib:
“Biz ordumuzu bərpa etdik. Bizim dünyada ən güclü ordumuz var və biz planetin ən yaxşı hərbi texnikasını istehsal edirik.”