Geri qayıt Çap et

İstintaq Makronun qapısına dirənir? McKinsey-də növbəti axtarış

Fransa istintaq orqanları ABŞ-ın məşhur konsaltinq şirkəti McKinsey-nin Parisdəki baş qərargahında təkrar axtarış aparıblar.

Bu barədə AFP agentliyi mənbələrə istinadən məlumat yayıb.

Axtarışlar, prezident Emmanuel Makronun seçki kampaniyasının qanunsuz maliyyələşdirilməsi ehtimalı ilə bağlı 2022-ci ildən bəri aparılan cinayət işi çərçivəsində həyata keçirilib.

Məlumata görə, hüquq-mühafizə orqanları artıq bununla kifayətlənməyib — daha əvvəl:

  • McKinsey ofislərində,

  • Makronun partiyası “Renaissance” (“Yenidən Doğuluş”) qərargahında,

  • və şirkətin bir neçə rəhbərinin evlərində

də axtarış aparılıb.

İstintaq, kampaniyanın maliyyələşməsində mümkün pozuntuların olub-olmamasını araşdırır.

Prezident Makron isə məsələdən yalnız mətbuat vasitəsilə xəbər tutduğunu bildirib. Onun sözlərinə görə, McKinsey-nin hesabları artıq “dəfələrlə yoxlanılıb” və bu işlə bağlı “ona nə zəng olunub, nə də məlumat göndərilib”.

DenMedia.az