Geri qayıt Çap et

"Optimus" — yoxsulluğa qarşı yeni silah? Mask iddialı açıqlama verdi

Amerikalı sahibkar, SpaceX və Teslanın qurucusu Elon Mask bildirib ki, humanoid robot Optimus gələcəkdə yoxsulluğun aradan qaldırılmasına kömək edəcək.

Maskın sözlərinə görə, bu robot insanlara universal yüksək gəlir təmin edəcək.

O əlavə edib ki, Optimusun işləmə səviyyəsi ən yüksək ixtisaslı cərrahın bacarıqları ilə müqayisə oluna biləcək dərəcədədir. Bu isə robotun funksionallığının və əmək bazarını tamamilə dəyişdirmə potensialının göstəricisidir.

DenMedia.az