Geri qayıt Çap et

Tramp İsrail prezidentindən Netanyahunun əfvini istədi

The Times of Israel-in məlumatına görə, ABŞ prezidenti Donald Tramp İsrailin prezidenti İsxak Hersoqa məktub göndərərək, korrupsiya ilə bağlı məhkəmə işlərində adı hallanan baş nazir Binyamin Netanyahunun əfv edilməsini xahiş edib.

“Sizinlə birlikdə sülhü təmin etdiyimiz bu tarixi dövrdə sizə yazmaq mənim üçün böyük şərəfdir. Müharibə dövrünün möhtəşəm və qətiyyətli baş naziri olan Binyamin Netanyahunu tam şəkildə əfv etməyə çağırıram”, – deyə Trampın məktubundan sitat gətirilir.

Ağ Ev rəhbəri məktubunda qeyd edib ki,

“İndi İsrailin birliyini möhkəmləndirmək və bu məhkəmə işinə birdəfəlik son qoymaq üçün Netanyahunu əfv etməyin vaxtıdır.”

Tramp vurğulayıb ki, baş nazirlə bağlı korrupsiya ittihamları “siyasi və əsassızdır”.

Hazırda Netanyahu rüşvət, fırıldaqçılıq və etimaddan sui-istifadə ittihamları ilə bağlı üç ayrı cinayət işi üzrə istintaq altındadır. İsrail mediasının yazdığına görə, əfvə ümid edə bilməsi üçün Netanyahu əvvəlcə özünü bütün bu işlərdə təqsirli saymalıdır.

DenMedia.az