Geri qayıt Çap et

ABŞ-dan Putinlə əlaqə üçün sorğu daxil olmayıb — Peskov

Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bildirib ki, ABŞ tərəfi hələlik Putin və ABŞ prezidenti Donald Tramp arasında telefon danışığı üçün rəsmi müraciət göndərməyib.

Bununla belə, Peskov vurğulayıb ki, lazım gələrsə, iki lider arasında təmasın operativ şəkildə təşkil olunması üçün bütün texniki imkanlar mövcuddur.

Denmedia.az