Geri qayıt Çap et

“BBC-yə damğa vurmağa yer qalmayıb” — Rusiya XİN rəsmisindən sərt açıqlama

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi “Vzglyad” qəzetinə müsahibəsində bildirib ki, BBC rəhbərliyi “Buça hadisəsini” saxtalaşdırıb və saysız-hesabsız feyk və dezinformasiyalar yayıb.

Diplomat vurğulayıb ki, ümumilikdə Qərb KİV-ləri, xüsusilə də Rusiya ilə bağlı xəbərlərdə, dəfələrlə saxta materiallar hazırlayıblar.

“Onlara damğa vurmağa yer qalmayıb,” — deyə Mariya Zaxarova bildirib.

O əlavə edib ki, BBC jurnalistləri Soçi Olimpiadası ərəfəsində rus azarkeşlər haqqında uydurma hekayələr, Suriya ilə bağlı feyklər, həmçinin Skripal hadisəsi barədə “atılmış məlumatlar” yayıblar.

Denmedia.az