Sudan Silahlı Qüvvələri ilə iki ildən artıqdır döyüşən Sürətli Reaksiya Qüvvələri (SRQ) humanitar atəşkəsə razılıq verib.
Bu barədə Associated Press (AP) məlumat yayıb.
Agentliyin xəbərinə görə, təklif ABŞ-ın rəhbərlik etdiyi dördlü vasitəçi qrupdan irəli gəlib. Qrupa Səudiyyə Ərəbistanı, Misir və BƏƏ də daxildir.
Bununla belə, Sudan Silahlı Qüvvələrindəki mənbə AP-yə bildirib ki, ordu SRQ-nin təklifini alqışlayır, lakin atəşkəs yalnız o halda qəbul ediləcək ki, qüvvələr yaşayış məhəllələrini tam tərk etsin və silahı yerə qoysun.