Geri qayıt Çap et

Tramp Mamdaninin qələbəsini “ABŞ suverenliyinin itkisi” adlandırdı

ABŞ prezidenti Donald Tramp sosialist Zoxran Mamdaninin Nyu-York meri seçkilərində qələbəsini “ölkənin suverenliyinin bir hissəsinin itkisi” kimi qiymətləndirib və bununla “məşğul olacağını” bəyan edib.

“Biz dünən gecə Nyu-Yorkda bir az suverenliyimizi itirdik, amma bununla məşğul olacağıq,” — deyə Tramp bildirib.

ABŞ-da Nyu-Cersi və Virciniya ştatlarında qubernator, həmçinin Nyu-York meri seçkiləri keçirilib. Mam­dani bu minillikdə şəhərin ən gənc meri və bu vəzifəyə gələn ilk müsəlman olub.

Tramp onu “kommunist” adlandıraraq  sərt tənqid atəşinə tutub.