Geri qayıt Çap et

Ermənistanda avtobus aşıb, 18 nəfər xəsarət alıb

Ermənistanda sərnişin avtobusu Ağarçin monastırı yaxınlığında aşıb.

DenMedia.az xəbər verir ki, bu barədə görüntüləri erməni mətbuatı yayıb.

Mənbə qeyd edir ki, hadisə bu gün günorta saatlarında baş verib.

Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları çalışır.

Qəza zamanı 18 nəfər xəsarət alıb.