Geri qayıt Çap et

Rusiya “İskəndər-M” raketi ilə Nikolayevi vurdu — ölən və yaralananlar var

Bu gün səhər rus qüvvələri “İskəndər-M” tipli kasset döyüş başlıqlı ballistik raketlə Nikolayevi vurublar.

Bu barədə RBC-Ukrayna nəşri Nikolayev Vilayət Hərbi Administrasiyasının rəhbəri Vitali Kimə istinadla xəbər verib.

Kimin sözlərinə görə, təxminən saat 07:20-də Rusiya Nikolayevi “İskəndər-M” tipli ballistik raketlə vurub.

Təəssüf ki, bir nəfər həlak olub, hazırda müxtəlif dərəcəli xəsarət alan 15 nəfər barədə məlumat var, — deyə vilayət rəhbəri bildirib.

Onun sözlərinə görə, yaralananlar arasında bir uşaq da var, həkimlər onun vəziyyətini orta ağır kimi qiymətləndirirlər.
Eyni zamanda yerli yanacaqdoldurma məntəqəsi və bir neçə avtomobilin zədələndiyi qeyd olunur.

DenMedia.az