DenMedia.az xəbər verir ki, Avropa diplomatiyasının rəhbəri Kaya Kallas The Economist nəşrinə verdiyi müsahibədə bildirib ki, Çin üçün Rusiya–Ukrayna münaqişəsinin başa çatması sərfəli deyil, çünki bu halda ABŞ bütün diqqətini Pekinə yönəldəcək.
Kallasın sözlərinə görə, ÇXR-in xarici işlər naziri Van İ son söhbətləri zamanı ona məhz bu fikri çatdırmağa çalışıb.
Avropa diplomatiyasının rəhbəri həmçinin qeyd edib ki, o, mövcud vəziyyəti yapon analitiklərlə də müzakirə edib.
“Onların fikrincə, Ukrayna münaqişəsi Çində populyar deyil və Pekin faktiki olaraq bu münaqişəni niyə dəstəklədiyini izah etməyə məcburdur. Buna görə də o, ritorikanı yumşaltmağa çalışır və belə deyir: ‘Baxın, bu, bizim maraqlarımıza uyğundur,’” — deyə Kallas bildirib.