Geri qayıt Çap et

Husilər BMT-ni ittiham edir — casusluqdan aviazərbəyə qədər uzanan iş

Yəməndə BMT-nin yerli missiyasının saxlanılmış əməkdaşları 2025-ci ilin avqustunda İsrailin həyata keçirdiyi aviazərbəyə bağlılıqda şübhəli bilinərək məhkəmə qarşısına çıxarılacaqlar.

DenMedia.az xəbər verir ki, bu barədə Reuters agentliyinə husilər tərəfindən formalaşdırılmış hökumətin xarici işlər naziri vəzifəsini icra edən Abdel Vahid Əbu Ras məlumat verib.

“Təhlükəsizlik xidmətlərinin gördüyü bütün tədbirlər tam məhkəmə nəzarəti altında həyata keçirilib. Prokurorluq atılan hər bir addımdan xəbərdar edilib,” — deyə o bildirib.

Əbu Rasın sözlərinə görə, prosesi yekun mərhələyə yaxınlaşdıran hüquqi addımlar artıq davam edir və məhkəmə araşdırmaları başa çatdıqdan sonra qərar elan olunacaq.

Xatırladaq ki, oktyabrın 18-də husilər Yəməndəki BMT əməkdaşlarını casusluqda ittiham edərək saxlamışdılar.

BMT-nin məlumatına görə, “Ənsar Allah” silahlıları xəbərdarlıq etmədən kompleksin ərazisinə daxil olublar. Sorğu-sualdan sonra 11 yəmənli işçi azad edilib, lakin 20 əməkdaş, o cümlədən 15 əcnəbi müəyyən müddət ərzində husilərin nəzarətində qalıb və daha sonra azadlığa buraxılıblar.