Geri qayıt Çap et

Tramp məhkəməyə üz tutur: aclıqla bağlı ödənişlər niyə dondurulub?

ABŞ prezidenti Donald Tramp Truth Social sosial şəbəkəsindəki səhifəsində bildirib ki, şatdaun (hökumətin fəaliyyətinin müvəqqəti dayandırılması) səbəbindən Ağ Evin amerikalılar üçün Əlavə Qida Yardımı Proqramına (SNAP) vəsait ayırmaq üçün qanuni səlahiyyəti yoxdur.

O əlavə edib ki, hüquqşünaslara mümkün qədər tez məhkəməyə müraciət edib proqramın qanuni şəkildə necə maliyyələşdirilə biləcəyinə dair izah almağı tapşırıb.

“Bu proses onsuz da çox uzandı, çünki demokratlar hökuməti aylıq ödəniş müddəti bitənədək bağlı saxladılar. Buna görə də, hətta biz dərhal göstəriş alsaq belə, təəssüf ki, ödənişlər ştatlara vəsait ayrılanadək təxirə salınacaq,” — deyə Tramp bildirib.

Prezidentin sözlərinə görə, məhkəmə Ağ Evə bununla bağlı hüquqi icazə verərsə, o, bu proqramın maliyyələşdirilməsini təmin etməyi şərəf sayacağını vurğulayıb. Tramp qeyd edib ki, bu, ABŞ ordusu və hüquq-mühafizə orqanlarının əməkhaqqı ödənişlərində olduğu kimi həyata keçiriləcək.

DenMedia.az