Geri qayıt Çap et

Maduro Putindən hərbi yardım istədi — Karib böhranı yenidən qızışır

Venesuela prezidenti Nikolas Maduro, ABŞ prezidenti Donald Trampın təhdidlərinə görə, Rusiya prezidenti Vladimir Putindən yardım istəyib.

The Washington Post nəşrinin yazdığına görə, Maduro Rusiyadan Venesuela üçün raketlər, radarlar, hava hücumundan müdafiə sistemləri və müasir hərbi təyyarələr göndərməyi xahiş edib. Bu müraciət Pentaqonun Karib hövzəsində hərbi qüvvə topladığı bir vaxtda edilib.

Mənbələr bildirir ki, Karakas həmçinin İrana və Çinə də müraciət edib. İrandan — 1000 kilometrdən artıq uçuş məsafəsinə malik pilotsuz uçuş aparatları (PUA-lar) və GPS siqnallarını boğan sistemlər, Çindən isə aşkarlama sistemlərinin istehsalının artırılaraq Venesuelaya satılmasını istəyib.

Amerikan nəşrinin məlumatı hələlik rəsmi şəkildə təsdiqlənməyib.
Karakasın müraciətinə Rusiya, İran və Çin tərəfindən hər hansı cavab verilib-verilmədiyi isə açıqlanmayıb.

DenMedia.az