Geri qayıt Çap et

Qəzzaya daha 30 cəsəd qaytarıldı — atəşkəs planı hansı həqiqətləri gizlədir?

İsrail, ABŞ-ın vasitəçiliyi ilə imzalanmış atəşkəs planı çərçivəsində daha 30 fələstinlinin cəsədini Qəzzaya qaytarıb.

DenMedia.az xəbər verir ki,  AFP-ə Xan Yunisdəki “Ən-Nasər” Tibb Kompleksindən verilən məlumata görə,

“İsrail tərəfindən 30 fələstinli məhbusun cəsədi mübadilə çərçivəsində təhvil alınıb.”

Atəşkəs razılaşmasına əsasən, İsrail HƏMAS tərəfindən qaytarılan hər bir həlak olmuş israilli girov üçün 15 fələstinlinin cəsədini təhvil verməlidir.
Cümə günü keçirilən bu son mübadilə ilə Qəzzaya qaytarılan cəsədlərin ümumi sayı 225-ə çatıb.

Xəstəxananın məlumatına görə, cəsədlər İsrail tərəfindən təhvil verildikdən sonra Qırmızı Xaç vasitəsilə “Ən-Nasər” tibb mərkəzinə çatdırılıb, bu da əvvəlki mübadilələrdə olduğu kimi həyata keçirilib.