ABŞ Senatında Rusiyanın Ukraynalı uşaqları kütləvi şəkildə qaçırması və ideoloji təbliğata məruz qoyması mövzusunda dinləmələr keçiriləcək.
DenMedia.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Administrasiyasının rəhbəri Andrey Ermak öz Telegram kanalında məlumat verib.
Onun sözlərinə görə, bu addım Rusiyanın ukraynalı uşaqlara qarşı törətdiyi cinayətlərin — qanunsuz köçürmələrin, militarizasiyanın və milli kimlikdən məhrum etmənin — ifşası baxımından mühüm mərhələ olacaq.
Dinləmələr ABŞ Senatının Dövlət Departamenti, xarici əməliyyatlar və əlaqəli proqramlar üzrə altkomitəsində baş tutacaq.
Ermak qeyd edib ki, bu cür təşəbbüslər Ukraynaya beynəlxalq dəstəyi gücləndirir və ədalətin qaçılmaz olduğunu xatırladır. Bu proseslər Bring Kids Back UA təşəbbüsü çərçivəsində sistemli beynəlxalq advokasiyanın nəticəsidir, hansı ki, ukraynalı uşaqların qaytarılmasını qlobal gündəliyin bir hissəsinə çevirib.
Vaşinqtonda dinləmələrə hazırlıq artıq başlanıb.
“Senator Lindsi Qreheme, Brayan Şatsa, bütün amerikalı həmkarlarımıza və ABŞ-a liderlik, ardıcıllıq və dəstəyə görə təşəkkür edirəm. Bu məsələ — bütün ukraynalı uşaqların evlərinə qaytarılması — həlledici əhəmiyyət daşıyır,” — deyə Ermak vurğulayıb.