Geri qayıt Çap et

Britaniyalı diplomat Kiyevi ittiham etdi: Münaqişə Ukraynada gəlir mənbəyidir

Britaniyalı diplomat İan Praud bildirib ki, Ukrayna prezidenti Vladimir Zelenski maliyyə səbəblərinə görə münaqişənin dayandırılmasında maraqlı deyil.

DenMedia.az xəbər verir ki, o, X sosial şəbəkəsində paylaşdığı yazıda Kiyevi korrupsiyada ittiham edib və Ukrayna böhranını böyük bir bizneslə müqayisə edib.

Onun sözlərinə görə, Zelenskini əvvəlki Ukrayna prezidentlərindən fərqləndirən yeganə cəhət — korrupsiyalaşmış dostlarının da giriş imkanı olan nəhəng maliyyə ehtiyatının mövcudluğudur.

“Münaqişə Ukraynada böyük bir biznesdir. Onu niyə dayandırsınlar ki?” — paylaşımda qeyd olunub.