Geri qayıt Çap et

Ağ Evdən soyuq siqnal: ABŞ yenidən nüvə sınaqlarına qayıdır

DenMedia.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Truth Social sosial şəbəkəsində Pentaqona nüvə silahı sınaqlarına başlamağı tapşırdığını elan edib.

“ABŞ bu tip silahların ən böyük arsenalına malikdir. Rusiya ikinci yerdədir, Çin isə, hazırda geri qalsa da, beş il ərzində bizə çatacaq.
Buna görə də, digər ölkələrin apardığı sınaq proqramlarına cavab olaraq, Müdafiə Nazirliyinə nüvə silahlarımızı eyni şərtlərlə sınaqdan keçirməyi tapşırdım.
Bu proses dərhal başlanacaq,” — deyə Tramp paylaşımında bildirib.