Geri qayıt Çap et

“Əla görüş idi” — Tramp Cənubi Koreya ilə ticarət sazişinin detallarını açıqladı

DenMedia.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp çərşənbə günü bildirib ki, Amerika tərəfi Cənubi Koreya ilə ticarət razılaşmasına nail olub.

“Biz razılığa gəldik, ticarət sazişi demək olar ki, tam razılaşdırılıb,” — Tramp Cənubi Koreya prezidenti Li Çje Myonla nahar zamanı deyib.

O əlavə edib ki, görüş çox yaxşı keçib və tərəflər milli təhlükəsizliklə bağlı məsələləri də müzakirə ediblər.