Geri qayıt Çap et

Kuba fırtınaya hazırlaşır — 735 min insan təxliyə edildi

Kubada “Melissa” qasırğasının yaxınlaşması səbəbindən 735 mindən çox insan təxliyə olunub.

DenMedia.az xəbər verir ki, bu barədə ölkə prezidenti Migel Dias-Kanel X sosial şəbəkəsində məlumat paylaşıb.

“735 mindən çox insan təxliyə edilib və yardım işləri hələ də davam edir,” — deyə prezident vurğulayıb.