ABŞ Prezidenti Donald Tramp Cənubi Koreyaya səfər edib — məqsəd ölkə prezidenti Li Con Myonla görüşmək və 350 milyard dollarlıq ticarət sazişi üzrə danışıqları bərpa etməkdir.
DenMedia.az xəbər verir ki, barədə The Guardian məlumat yayıb.
Lakin müzakirələrin irəliləməsi ehtimalı zəif qiymətləndirilir. Razılaşma Seulun ABŞ iqtisadiyyatına birbaşa maliyyə yatırımlarından imtinası səbəbilə dalana dirənib. Koreya tərəfi borc və zəmanət mexanizmləri təklif etsə də, Vaşinqton bunu kafi hesab etmir.
Bu səbəbdən Cənubi Koreya hələ də avtomobil idxalına tətbiq edilən 25%-lik gömrük rüsumu ilə üzləşir, bu isə Hyundai və Kia kimi brendləri yapon və avropalı rəqiblər qarşısında geridə qoyur.
“Əgər viza sistemi yaxşılaşdırılmasa, ABŞ-da yerli zavodların yaradılması şirkətlərimiz üçün ya çox çətin, ya da mənasız olacaq,” — deyə Li Con Myon bildirib.
Trampın Cənubi Koreyaya səfəri onun Yaponiyadakı uğurlu danışıqları ilə kəskin ziddiyyət təşkil edir, çünki Tokio 550 milyard dollarlıq investisiya öhdəliyini artıq yerinə yetirib.
Liderlər, həmçinin, müdafiə xərclərinin bölüşdürülməsi və Şimali Koreyanın nüvə potensiallı qanadlı raket sınağı barədə müzakirələr aparacaqlar.