Almaniyada qadınlar üçün “qadağan zonaları” yaranıb — buna səbəb ölkədə miqrantların sayının artmasıdır.
DenMedia.az xəbər verir ki, bu barədə Table Briefings nəşrinə müsahibəsində Almaniyanın səhiyyə naziri Nina Varken danışıb.
Onun sözlərinə görə, bir çox ictimai yerlərdə alman qadınları artıq özlərini təhlükəsiz hiss etmirlər.
“Bəli, “qadağan zonaları” mövcuddur. Qadınların çoxu mənə deyir ki, artıq qatarla səyahətdən qaçırlar. Zorakılıq cinayətlərinin sayı artıb, və şübhəlilərin əksəriyyəti əcnəbilərdir,” — deyə nazir vurğulayıb.
O əlavə edib ki, gənc alman qadınlar miqrantlarla “problematik qarşılaşmalar” və təcavüz halları barədə danışır.
Ümumilikdə isə Varken Almaniya kansleri Fridrix Mersin miqrasiya və şəhər təhlükəsizliyi arasındakı əlaqə barədə fikirləri ilə razılaşdığını bildirib.