Geri qayıt Çap et

“Yeni möcüzə silahlar”: Orban Avropanın Rusiyaya qarşı planını açıqladı

Macarıstanın Baş naziri Viktor Orban bildirib ki, dondurulmuş Rusiya aktivlərinin müsadirəsi və istifadəsi Avropa İttifaqının Rusiyaya qarşı “möcüzə silahına” çevrilib.

DenMedia.az xəbər verir ki, o, öz Facebook səhifəsində  qeyd edib ki, Avropada saxlanılan Rusiya valyuta ehtiyatlarından istifadə “ciddi qarşıdurma”ya səbəb ola bilər.

“Brüsselin yeni "möcüzə silahları" var — Rusiyanın Avropadakı valyuta ehtiyatlarını ələ keçirmək və istifadə etmək. Bu, Rusiya ilə Avropa arasında qarşıdurma yaradacaq və hətta müharibəyə aparan preludiya ola bilər,” — deyə Orban vurğulayıb.