Geri qayıt Çap et

Sosial şəbəkə yoxsa təhlükə mənbəyi? – Belarus “VKontakte”ni bağladı

Belarusda “VKontakte” sosial şəbəkəsinə giriş məhdudlaşdırılıb.

DenMedia.az xəbər verir ki, bu barədə məlumat cümə günü ölkənin Rabitə Nazirliyinə tabe Dövlət Elektro-Rabitə Nəzarəti Müfəttişliyi (BelGİE) tərəfindən məhdud giriş siyahısına əlavə olunmuş rəsmi qeyd vasitəsilə yayımlanıb.

Rəsmi açıqlamada bildirilir:

“Dövlət Təhlükəsizlik Komitəsinin təqdimatı əsasında bu informasiya resursuna giriş məhdudlaşdırılıb.
Resurs identifikatoru: https://vk.com.”

Hazırda məhdudiyyətin müddəti barədə məlumat verilmir. Belarus hakimiyyəti qərarın təhlükəsizlik əsaslı olduğunu vurğulasa da, ictimai və beynəlxalq reaksiyalar bu addımı informasiya məkanının daha da daraldılması kimi qiymətləndirir.