Geri qayıt Çap et

Çində yarımfabrikat ət məhsullarında süni insan dişləri tapıldı

South China Morning Post yazır ki, Çin ərazisində satılan ət yarımfabrikatlarında süni insan dişləri aşkarlanıb. Cəmi iki gün — 13 və 14 oktyabr tarixlərində üç ayrı istehlakçı hazır məhsullarda diş protezləri tapdıqlarına dair şikayət göndərib.

Bir hadisə Cilin əyalətində baş verib: qadın aldığı sosiskaların içərisindən üç dişdən ibarət protez cərgəsi tapıb. Digər insident Dunqguan şəhərindəki “Sanjin Soup Dumplings” restoranlar şəbəkəsində qeydə alınıb — yaşlı kişi pelmenlərin içində iki yad diş aşkar edib.

Üçüncü hadisə isə Şanxaydakı “Sam’s Club” mağazasında baş verib: alıcı qozlu piroqun içindən metal ştifti olan süni diş çıxarıb.

Hazırda yerli nəzarət orqanları bu üç şikayəti “ictimai sağlamlıq riski və istehsal nəzarətinin pozulması” kimi araşdırır.

DenMedia.az