Geri qayıt Çap et

Paşinyan: Ermənistanda konyak istehsal oluna bilməz

“Erməni şirkətlərinin öz brendilərini konyak adlandırmaq hüququ yoxdur,” — bunu ölkənin baş naziri Nikol Paşinyan bəyan edib. Onun sözlərinə görə, bu ad yalnız Fransanın Şaranta departamentində istehsal olunan içkiyə aiddir və həmin ad Beşinci Respublikasının qeyri-maddi dəyəri sayılır, — RIA Novosti xəbər verir.

“2018-ci ildən bəri deyirəm ki, belə getməz. Hökumət iclasında da demişdim ki, düşüncə tərzimizi dəyişməliyik. Ermənistanda konyak istehsal edilə bilməz, eynilə Diliçan şəhərində "Cermuk" istehsal edilə bilmədiyi kimi. Ermənistanda şampan da istehsal oluna bilməz,” — deyə Paşinyan bildirib.

Denmedia.az