Geri qayıt Çap et

Türkiyədə “Narkokapan Mersin” əməliyyatı – 370 nəfər saxlanıldı

Türkiyədə narkotik ticarətinə qarşı “Narkokapan Mersin” əməliyyatı keçirilib.

Denmedia.az xəbər verir ki, Daxili İşlər naziri Ali Yerlikaya bildirib ki, dörd ay davam edən və on vilayəti əhatə edən genişmiqyaslı əməliyyat nəticəsində üç mütəşəkkil cinayətkar dəstə zərərsizləşdirilib.

Nazirin sözlərinə görə, 403 ünvanda eyni vaxtda keçirilən basqınlar zamanı 370 nəfər şübhəli saxlanılıb. Əməliyyatın əsas mərkəzi Mersin vilayəti olub.

Yerlikaya qeyd edib ki, Türkiyə gəncləri və cəmiyyəti qorumaq məqsədilə narkotik cinayətlərinə qarşı mübarizəni qətiyyətlə davam etdirəcək.