Geri qayıt Çap et

ABŞ prezidenti gizli silahlardan danışdı – “çoxlarının xəbəri yoxdur”

ABŞ-ın elə müasir silah sistemləri var ki, onların mövcudluğundan çoxlarının xəbəri belə yoxdur, – bunu ABŞ prezidenti Donald Tramp mətbuatla görüşdə bəyan edib. Denmedia.az xəbər verir ki, görüşün yayımlanmasını siyasətçinin administrasiyası təmin edib.

“Bizdə elə silahlar var ki, çoxları onların mövcud olduğunu belə bilmir,” – deyə Tramp bildirib.

ABŞ lideri əlavə edib ki, Birləşmiş Ştatlar hərbi sahələrin əksəriyyətində Çindən öndədir.
Yeganə istisna kimi o, gəmiqayırma sənayesində üstünlüyün hələ də Çin tərəfində olduğunu qeyd edib.