Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi Gümrü meri Vardan Qukasyanın həbsi ilə bağlı məhkəməyə vəsatət göndərib.
Denmedia.az xəbər verir ki, bu barədə Komitənin mətbuat katibi Marina Oqandjanyan məlumat verib.
Qukasyan 20 oktyabrda barəsində cinayət işi açıldıqdan sonra saxlanılıb, – RİA Novosti yazır.
“Qukasyanın həbsi üçün məhkəməyə vəsatət təqdim olunub,” – deyə açıqlamada bildirilir.
Qukasyanın vəkili Aramayis Ayrapetyan bəyan edib ki, müştərisi baş verənləri siyasi təqib hesab edir və özünü təqsirli bilmir.
Onun sözlərinə görə, ittihamda qeyd olunan halların əksəriyyəti Qukasyanın mer vəzifəsini tutmadığı dövrə aiddir.