Geri qayıt Çap et

“Sputnik Azərbaycan” işi: Kartavıx azad olundu

“Sputnik Azərbaycan”ın icraçı direktoru İqor Kartavıx azadlığa buraxılıb və Rusiyaya yola düşüb.

DenMedia.az xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova jurnalistlərə açıqlama verib.

“Kartavıx azad edildi və Rusiyaya uçdu,” – deyə Zaxarova bazar günü axşam bildirib.

Kartavıx və “Sputnik Azərbaycan”ın baş redaktoru Yevgeni Belousov iyunun sonunda Bakıda saxlanılaraq həbs edilmişdilər. 10 oktyabrda Kartavıxın ev dustaqlığına keçirildiyi məlum olmuşdu.